Yanukoviçin yazılı müraciəti yayıldı

Ukrayna Ali Radasının səlahiyyətlərinə xitam verdiyi keçmiş prezident Viktor Yanukoviçin Ukrayna xalqına yeni müraciəti yayılıb. APA TV-nin xəbərinə görə, bir müddət əvvəl öldüyü iddia edilən keçmiş prezidentin yazılı müraciətində xalq ümumukrayna referendumunun keçirilməsini tələb etməyə çağırılır. "Düşüncə və qəlbi ilə sizin yanınızda olan bir prezident kimi hər bir sağlam düşüncəli Ukrayna vətəndaşını fırıldaqçıların sizdən istifadə etməsinə imkan verməyə çağırıram. Ukrayna tərkibində hər bir regionun statusunun müəyyənləşdirilməsi ilə bağlı referendumun keçirilməsini tələb edin",- deyə müraciətdə bildirilib.

O qeyd edib ki, təcili növbədənkənar prezident seçkisi deyil, yalnız ümumukrayna referendumu Ukraynanın suverenliyinin saxlanmasına və siyasi vəziyyətin nəzərəçarpacaq dərəcədə tənzimlənməsinə xidmət edə bilər.

Xatırladaq ki, bir müddət öncə Viktor Yanukoviçin ölüm xəbəri yayılmışdı. Hətta Rostovdakı mətbuat konfransında onun deyil, oxşarının çıxış etdiyi ehtimal edilirdi. Belə bir halda Yanukoviçin videogörüntü əvəzində yazılı müraciətinin yayılması diqqət çəkir.

Müəllif | Apa.Tv