Bayram Səfərov: "Danışıqlara Ermənistan maneə yaradır"
“Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində icmalar arasında görüşlərin keçirilməsinə və danışıqların aparılmasına Ermənistan tərəfi maneə yaradır".
Bunu APA TV -yə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib: "İcmaların görüşü Azərbaycan tərəfindən asılı deyil. Ermənistan tərəfi bizimlə görüşləri istəmir. Bu görüşlər üçün çox çalışırıq" .
Bayra Səfərovun fikrincə, bütün hallarda istər Azərbaycan, istər Ermənistan icmaları arasında danışıqlar getməlidir ki, ortada konkret nəticə olsun.
Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Müasir dünya və azərbaycanlıların soyqırım həqiqətləri” mövzusunda elmi-praktiki konfrans keçirilib. 1918-ci il martın 30-31-də Bakıda və digər şəhərlərdə erməni terror təşkilatları tərəfindən törədilən faciələrdən danışıb. Bildirilib ki, Azərbaycanın başına gətirilən faciələri və qırğınları beynəlxalq səviyyədə tanıtmaq üçün belə konfransların təşkili vacibdir.