Azərbaycanda vərəmli məhbusların sayı 10 dəfə azalıb

“Cəzaçəkmə yerlərində MDR Vərəmlə mübarizə. Azərbaycanın təcrübəsi” adlı filmin təqdimat mərasimi keçirilib. APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Dəniz Duran bildirib ki, Azərbaycan Ədliyyə Nazirliyi və BQXK 1995-2011-ci illərdə həbsxanalarda vərəmə nəzarət etmək məqsədilə birgə səy göstəriblər.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfael Mehdiyev isə bildirib ki, 1995-ci illə müqayisədə 2010-cu ildə vərəmli məhbusların sayı 58 dəfə azalıb. Son 10 ildə isə ölüm faizi 10 dəfə düşüb. R.Mehdiyevin sözlərinə görə, 1995-ci ildən bəri 13 mindən çox məhbus vərəmlə bağlı müalicə alıb: “Artıq cəzaçəkmə müəssisələrində vərəmli xəstələrin sayının azalması tendensiyası müşahidə olunur. 2013-cü ildə bu göstərici ən aşağı səviyyəyə düşüb”.

Sonra filmə baxış keçirilib.

Müəllif | Apa.Tv