Hacıqabulda toy yasa döndü, bəyin 26 yaşlı qardaşı qəzada öldü

 

Hacıqabulda baş verən avtoqəzada 26 yaşlı sürücü ölüb. Rayon Polis Şöbəsindən APA-TV-yə verilən məlumata görə, Hacıqabul-Şirvan magistralının 5-ci kilometrliyində rayon sakini, 1988-ci il təvəllüdlü Həmzəyev Rəşad Elşad oğlu idarə etdiyi "Mercedes" markalı maşınını aşırıb. Böyük sürətlə hərəkətdə edən avtomobil yoldan çıxaraq, bir neçə dəfə yuvarlanıb. Nəticədə ağır xəsarətlər alan sürücü Şirvan şəhər xəstəxanasına aparılarkən yolda ölüb. Mərhumun qohumlarının dediyinə görə, yaxın günlərdə onun qardaşının toyu olacaqmış.

Faktla bağlı Hacıqabul polis şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı