Mövsümi qriplərdən necə qorunmalı?

"Azərbaycanda yaz-yay mövsümü başlayanda qripə yoluxanların sayı azalır".

Bunu APA TV-yə milli elmi tədqiqat, tibbi profilaktika insitutunun şöbə müdiri Almaz Əsədova deyib. Həkim-infeksionist deyir ki, qrip virusları dəyişkən havalarda daha da fəallaşır. Qrip yoluxduğu orqanizmə ağırlaşma verərək meningit, astma, bronxit, qaymarit kimi xəstəliklərə yol aça bilər. Bu xəstəliklər isə əksər halda müalicə edildikdə belə orqanizmdən tam sovrulmur: "Qrip xəstəliyinin ağırlaşmaları da var. Bu gün insanların təxminən 50-60 faizində qripin törətdiyi ağciyərin iltihabı xəstəliyi də buna misal ola bilər. Bu xəstəliyə insanların dırnaqarası baxması çox ağır fəsadlarla nəticələnir".

Almaz Əsədova qripdən qorunmaq istəyənlərin birinci növbədə gigiyenik şərtlərə əməl etməli olduğunu deyir. Qripə qarşı peyvənd olunmaq da məsləhətdir. Qripdən qorunmaq üçün insanlar həm də C vitamini ile zəngin qidalar qəbul etməlidirlər. İtburnu, kök, soğan, sarımsaq, portağal və limondan da çox istifadə etmək mesləhətdir. Təbii ki, bol maye qəbul edilməlidir.

Həkim deyir ki, mikroblara adətən ictimai nəqliyyatda yoluxma ehtimalımız olduğu üçün avtobusda, metroda diqqətli olmaq lazımdır. Qripin diabetli, tənəffüs sistemi və ürəyində xroniki xəstəliyi olan, eləcə də yaşlı insanlarda ağırlaşma ehtimalını nəzərə alan həkim bildirir ki, belə şəxslər yaz və payız aylarında həkim təyinatı ilə vitamin qəbul etsələr, virusdan daha yaxşı qorunarlar.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı