“Mitsubishi Pajero” aşdı, 30 yaşlı sürücü öldü

Sabirabadda baş verən qəzada 30 yaşlı sürücü ölüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəza dünən saat 22.45 radələrində  Hacıqabul-Bəhrəmtəpə magistralının 14-cü kilometrliyində, Osmanlı dəmiryolu stansiyasının yaxınlığında baş verib. Sabirabad rayon sakini, 30 yaşlı Ağayev Emin Eminağa oğlu “Mitsubishi Pajero” markalı avtomobillə Sabirabad istiqamətində sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil magistral yolda bir neçə dəfə  yuvarlanıb. Sürücü aldığı ağır bədən xəsarətlərnidən hadisə yerində ölüb. Sürücünün avtomobildə sıxılmış meyiti FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin Sabirabad bölməsinin əməkdaşları tərəfindən çıxarılıb.

 

Qeyd edək ki, sürücü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin giziri olub.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı