Ağdamda güclü dolu yağdı

Dünən Qarabağ bölgəsində hava şəraiti kəskin dəyişib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, Ağdamın cəbhəyanı yaşayış məntəqələrində, həmçinin Qarqar və Xaçın çayları boyunca yerləşən kəndlərdə güclü dolu yağıb.

 

Ağdamın Əhmədağalı və Çıraqlı kəndlərinin sakinlərinin sözlərinə görə, təqribən 5 dəqiqə müddətində düşən dolu əkin sahələrinə zərər vurub. Gecə saatlarında isə bölgəyə güclü yağış yağıb.

 

Müəllif | Apa.Tv