Rusiya Müftilər Şurasının sədri Simferepola səfər edib
Rusiya Müftilər Şurasının sədri Rafil Qafnuttin Krım tatarları ilə danışıqlar aparmaq üçün Simferepola səfər edib. APA TV-nin məlumatına görə, o, cümə namazından sonra Krım tatarları Məclisinin sədri Rifat Çubarovla görüşüb. Rafil Qaynuttin bildirib ki, səfərinin məqsədi problemlər barədə müzakirələr aparmaq və onların həllinə dəstək verməkdir. Krım tatarlarının faciəli keçmişinin olduğunu deyən Rusiya Müftilər Şurasının sədri bəyan edib ki, münaqişəli vəziyyətlərdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür.
Krım Tatatarları Məclisinin sədri Rifat Çubarov isə bildirib ki, Ravil Qaynuttinlə görüş pozitiv keçib. Tərəflər Rusiya və Krım müsəlmanları arasında əməkdaşlıq, tarixi əsərlərin qorunması kimi məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.