Yüksək sürətlə hərəkət edən "VAZ 2107" dirəyə çırpıldı: 1 ölü, 1 yaralı
Dünən axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Nabran yolunun 23-cü km-də qeydə alınıb. Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini, 23 yaşlı Dadaşov İlqar Vahid oğlunun idarə etdiyi "VAZ 2107" markalı dövlət nömrə nişanlı avtomaşın yoldan çıxaraq, beton elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində maşında olan sərnişin Xaçmaz rayonunun Nabran kənd sakini 22 yaşlı Abdıyev Rüstəm Qalib oğlu aldığı xəsarətlər nəticəsində ölüb. Sürücü isə ağır bədən xəsarətləri ilə Xaçmaz Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.