Bakıda "Hyundai", "Mercedes" və "NİVA" toqquşdu

Avtomobilin yüksək sürətlə idarə edilməsi ötən gecə Bakının Yasamal rayonunda yol qəzasına səbəb olub. APA TV-nin məlumatına görə, hadisə Şərifzadə küçəsində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən "Hyundai" markalı avtomobil yol kənarında dayanmış iki maşına - "Mercedes" və "NİVA"-ya çırpılıb. Qəza nəticəsində "Hyundai"nin sürücüsü Məcidov Nurlan İntiqam oğru yüngül bədən xəsarətləri alıb.

 

Hər üç avtomobilə ziyan dəyib. Qəzaya səbəb olan avtomobil yol-patrul xidmətinin əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb.

 

Faktı Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsi araşdırır.

 

Müəllif | Apa.Tv