Azərbaycan yay vaxtına keçir

Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarı ilə martın 30-u saat 04:00-da ölkə ərazisində saatlar 1 saat irəli çəkilməklə qış vaxtı ləğv ediləcək.

 

Bu barədə APA TV-yə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin yay vaxtının tətbiq edilməsi haqqında 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

 

Avropa ölkələri və Amerikanın bəzi ştatları bu üsuldan faydalanır. Ancaq qonşu ölkələrdən Rusiya, İran, Gürcüstan, həmçinin, Çin, Yaponiya, Cənubi Koreya, Puerto-Riko, Virciniya adaları, Sinqapur, Estoniya, Ukrayna və sair ölkələr saatlarının əqrəbini geri çəkməkdən imtina edib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı