Milli Ordunun əsgəri özünü güllələdi
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu özünü güllələyib.
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qeydə alınıb.
Əsgər Rahid Səttar oğlu Əsgərov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyindən məlumatı təsdiq ediblər.
Rahid Əsgərov Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Başqa bir hərbi hissədə isə hərbi qulluqçu əsgər yoldaşını bıçaqlayıb. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əsgər Səməd Əkbərli aralarında yaranan münaqişə zəminində hərbçi yoldaşı Kənan Məmmədzadəni bıçaqlayıb. K. Məmmədzadə hospitala yerləşdirilib, vəziyyəti kafidir.
Hadisə ilə bağlı cinayət işi başlanıb.