Cəfər Cabbarlı - 115

Cəfər Cabbarlının 115-ci doğum ili ədibin adını daşıyan kitabxanada qeyd edilib. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, rejissor, aktyor, tərcüməçi, publisist, ictimai xadim olan Cəfər Cabbarlı 35 illik ömründə ədəbiyyatımız üçün böyük işlər görüb, teatrımızı inkişafına çalışıb. Şairin doğum gününə yığışan ədəbiyyat və incəsənət adamları onun ədəbi istedadından, gətirdiyi yeniliklərdən, teatr və qadın azadlığı uğrunda mübarizəsindən danışdılar. "Oqtay Eloğlu", "Solğun çiçəklər", "Ədirnə fəthi", "1905-ci ildə" və başqa dram əsərlərinin müəllifi olan dramaturq, həmçinin şeir və nəsr əsərlərinin müəllifi kimi tanınır. APA TV-nin xəbərinə görə, tədbirdə "Turan ellərinə salam söyləyin" adlı diskin də təqdimatı olub. Burda ədibin şeirləri səsləndirilib.

 

Cəfər Cabbarlı Ev Muzeyinin direktoru Qəmər Seyfəddin qızı babasının istiqlalçılıq fəaliyyətindən danışıb: "1923-cü ildə bir neçə dəfə həbs olunub. Bu həbsin əsas səbəblərindən biri də Cabbarlının və onun istiqlalçı dostlarının gizli çap etdirdikləri "İstiqlal" qəzetinin mətbəəsinin tapılması idi. Sovet hakimiyyəti qurulandan sonra Cəfər Cabbarlı özünün istiqlalçılıq fəaliyyətini gizli olaraq, davam etdirib".

 

Cəfər Cabbarlı 1934-cü ildə Bakıda vəfat edib, Fəxri Xiyabanda dəf olunub.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı