Qubada 5 yaşlı oğlanı maşın vurdu

Qubada  piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Fətəlixan küçəsində qeydə alınıb. Quba rayon sakini, 2009-cu il təvəllüdlü Abbasquliyev Rəsul Tahir oğlunu maşın vurub. O, Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyəti orta ağırdır.

 

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan