Yusif və Zəhra birinci yerdədir

2014-cü ilin 3 ayı ərzində Azərbaycanda yeni doğulan körpələrə ən çox verilən adların siyahısı açıqlanıb. Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanda doğulan oğlan uşaqlarına verilən adlardan ən populyarı Yusifdir. Bu ad 541 körpəyə verilib. İkinci yerdə 344 nəfərlə  Hüseyn, üçüncü yerdə isə Əli adıdır ki, bu adla ölkədə 325 yeni doğulan körpə çağrılır. 

 

Qız uşaqlarına ən çox verilən ad isə Zəhra adıdır. Bu ad 459 qız uşağına qoyulub. Digər ən çox verilən adlar isə Nuray və Fatimədir. Belə ki, 353 nəfərə Nuray, 301 nəfərə isə Fatimə adı verilib.

 

Qeyd edək ki, bu adlar əvvəlki illərdə də ən çox verilən adlar siyahısında olub.

 

Müəllif | Apa.Tv