Yaşayış evi yandı

Göygöl rayonunun Nadil kəndində yanğın hadisəsi baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, kənd sakini Yaşar Bayramova məxsus  üçotaqlı köməkçi tikilini bir otağının 24 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb.

Yanğın yerinə Gəncə və Göygöl yanğından mühafizə idarəsinin 3 avtomobili və 20-dən artıq canlı qüvvəsi cəlb olunub. Tez bir zamanda alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. İlkin ehtimallara görə, yanğına elektrik naqillərində olan qısa qapanma səbəb olub. Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli