Misirdə güclü partlayış - 12 ölü

Misirin Sohağ şəhərində yaşayış binasında güclü partlayış baş verib. Partlayış nəticəsində 12 nəfər ölüb, 70-dək insan xəsarət alıb. 

APA TV-nin məlumatına görə, faciə elektrik generatorlar üçün nəzərdə tutulan dizel yanacağı ilə doldurulmuş sisternin partlaması nəticəsində baş verib.  Olay yerinə çox sayda təcili yardım maşını gəlib. Eyni zamanda ərazidə polis postları qurularaq kənar şəxslərin hadisə yerindən uzaqlaşdırılmasına başlanılıb. Ətraf binada yaşayanlar  sakinlər isə,  terror təhlükəsi ilə bağlı evakuasiya olunublar.

Müəllif | Apa.Tv