ABŞ-da güclü zəlzələ baş verdi

ABŞ-ın qərb sahillərini zəlzələ silkələyib. APA TV-nin məlumatına görə. mərkəzi La Habra məntəqəsi olan zəlzələnin gücü 5,1 bal olub. Zəlzələ Los Anceles və Hollivudda da hiss edilib. Zəlzələnin bəzi ictimai nəqliyyat vasitələrinin işinə mane olduğu, ancaq ciddi bir ziyana və ya da insan itkisinə səbəb olmadığı bildirilir. 

 

La Habra ətrafında bəzi su boruları partlayıb, mağaza və dükanlarda kiçik ölçülü çatlar meydana gəlib. 

 

Qeyd edək ki, şiddətli zəlzələlərə səbəb olan San Andreas qırılma xəttinin üzərində olmasına görə Los Anceles dünyanın ən güclü zəlzələ bölgələrindən biridir. San Andreas qırılma xətti bu bölgədə tez-tez zəlzələlərin meydana gəlməsinə səbəb olur.

Müəllif | Apa.Tv