Bölgələrə qar yağdı

Azərbaycanın şimal-qərb bölgəsinə qar yağıb. Son günlər bu bölgədə qeyri sabit hava şəraiti müşahidə edilir. Martın 28-i və 29-u bölgəyə  gün ərzində fasilələrlə yağış yağıb. Martın 29-u axşam saatlarından  yenidən küləklə müşahidə olunan yağış yağmağa başlayıb. Martın 29-dan 30-a keçən gecə yağan yağış sulu qar və qara çevrilib. APA TVnin məlumatına görə, qar ən çox Zaqatalada müşahidə edilir. Martın 30-u  Zaqatalanın Dağlıq  Car, Axaxdərə, Kebeloba və Yuxarı Çardaqlar kəndlərinə 6-7 santimetr qalınlığında qar  düşüb. Rayonun düzənlik ərazilərində isə 3-4 santimetr qalınlığında qar müşahidə edilir. Balakən, Qax və Şəki rayonlarının da dağətəyi kəndlərinə 2-4 santimetr qalınlığında qar yağıb.  Havanın tempuraturu düzənliklərdə 0 +2, dağlıq ərazilərdə -2 -4 dərəcəyə qədər aşağı düşüb.  Kənd təsərrüfatı mütəxəslərinin dediyinə görə, ilin bu fəslində qarın yağması ağacların tumurcuqlayan və çiçəkləyən dövründə müşahidə olunan haldır. Lakin havanın tempuraturu mənfi 4-5 dərəcədən aşağı düşərsə, erkən çiçəkləyən və tumuqcuqlayan ağacların çiçək və tumuqcuğunu şaxta yandıra bilər. 

Qeyd edək ki, martın 29-dan 30-a keçən gecə bölgədə müşahidə olunun külək səbəbindən Balakən, Zaqatala, Qax və Şəki rayonlarının bir sıra yaşayış məntəqələrini elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda sözügedən rayonların Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlər aparır. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov