Ölkədə yeni laboratoriya yaradılır, ətlərin mənşəyini müəyyən etmək mümkün olacaq


Azərbaycanda at və eşşək ətini müəyyən edəcək laboratoriya istifadəyə veriləcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində yaradılmış Təcrübə-Sınaq Mərkəzində məhsulların sınağı laboratoriyasının  texniki imkanlarından istifadə edərək ət məhsulları analiz olunacaq. Mütəxəssis Ayaz Məmmədov bildirib ki, laboratoriyada həm xam ətdən, həm də bişmiş ətdən onun növünü təyin etmək mümkün olacaq. Hələ ki, iki heyvan - at və eşşək əti üzrə reaktiv pramerlər istifadəyə verilib. Gələcəkdə donuz əti və digər heyvan növlərini də analiz etmək imkanı olacaq. Qeyd edək ki, sözü gedən laboratoriyada son zamanların ən aktual problemlərindən biri olan geni modifikasiya olunmuş məhsulların analizləri də aparılır.  İndiyədək burada soya bitkilərində, qarğıdalı, düyü, pomidor, xiyar, almada analizlər aparılıb.

 

Müəllif | Apa.Tv