Donetskdə mitinq - Şərqi Ukraynanın Rusiyaya birləşdirilməsi tələb olunur

Ukraynanın Donetsk şəhərinin mərkəzindəki Lenin meydanında mitinq keçirilib. Mitinqdə 3 min nəfərədək insan iştirak edib. Mitinq iştirakçıları ölkənin federallaşdırılmasını və  Şərqi Ukraynanın Rusiyaya birləşdirilməsini tələb ediblər.

Aksiya iştirakçıları Donbasın taleyini həll edəcək referendumun keçirilməsinə nail olmaq niyyətində olduqlarını bildiriblər. Əllərində Rusiya dövlət bayraqları, habelə “Donetsk respublikası” və “Şərq cəbhə”sinin bayraqlarını tutan aksiya iştirakçıları mərkəzi hakimiyyət, Qərb və NATO əleyhinə şüarlar səsləndiriblər. Mitinq zamanı “Russkiy blok” təşkilatının fəalları rus dilinin statusu, Ukraynanın Gömrük İttifaqına qoşulması, NATO ilə əməkdaşlıq məsələlərinə dair sorğu keçiriblər.  

Donetskdə bölgənin statusuna dair referendumun keçirilməsi tələbi ilə aksiyanın davamlı olacağı gözlənilir.  

 

 

Müəllif | Apa.Tv
Apa.tv