Saatların irəli çəkilməsi Türkiyə seçicisini çaşdırdı

Martın 30-u gecəsi dünyanın əksər ölkəsində saatların irəli çəkilməsi bələdiyyə seçkiləri keçirilən Türkiyədə seçicilər arasında çaşqınlıq yaradıb. Bir sıra regionlarda saatların bir gün sonra çəkiləcəyindən və smart telefonların saatları avtomatik çəkməsindən xəbərsiz olan vətəndaşlar səsverməyə 1 saat əvvəl gedib. Səsvermə prosesinin başlamadığını görən seçicilər 1 saat ərzində seçkiyə hazırlıq prosesini izləməli olublar. Daha öncə Türkiyə hökuməti bələdiyyə seçkiləri ilə əlaqədar saatların bir gün sonra -  yəni martın 31-i gecəsi çəkiləcəyi qərarını vermişdi. Smart telefonlara malik insanlara isə telefonlarında saatların avtomatik çəkiləcəyi ilə bağlı xəbərdarlıq edilmişdi. Bu arada Türkiyədə keçirlən bələdiyyə seçkiləri ilə bağlı "google" axtarış sistemi xüsusi "doodle" hazırlayıb. Xüsusi günlər üçün hazırlanan və "doodle" adlandırılan loqo üzərində türk bayrağı olan seçki qutusu və səsvermə bülleteni yer alıb. 

Müəllif | Apa.Tv