Türkiyənin bir kəndində seçki iki saata başa çatıb

Türkiyədə Vanın Edremit bölgəsində bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesi 2 saat ərzində başa çatıb. APA TV-nin məlimatına görə, 38 seçicinin və 1 səsvermə qutusunun olduğu Köklü kəndində azsaylı əhali yerli vaxtla saat 7-dən səs verməyə gediblər. Saat 9-a kimi səsvermə başa çatıb. Lakin qanunvericiliyə uğun olaraq səlahiyyətli şəxslər qutunu açmaq üçün axşam saat 4-ə kimi gözləməli olacaqlar. Digər maraqlı məqam bu kənddə muxtarlıq üçün bir namizədin olmasıdır. Bu isə indidən İbrahim Gültəpə adlı şəxsin seçkilərdə qalib gəldiyini deməyə əsas verir. Əvvəlki muxtar Mustafa Özbuz isə yaşının çox olması səbəbi ilə seçkilərə qatılmayıb. 

Müəllif | Apa.Tv