Quba və Qusara güclü qar yağıb

Ölkənin şimal bölgəsinə də qar yağıb. APA TV-nin şimal bürosundan verilən xəbərə görə, ən çox qar Qubanın Xınalıq kəndi ərazisinə yağıb. Qarın qalınlığının 22 santimetr olduğu bildirilir. Qusarın dağlıq Ləzə kəndinin ərazisinə isə 15 santimetr qalınlığında qar düşüb. Küçələrdə avtomobillərin və piyadaların gediş-gəlişi çətinləşib. Bölgədə havanın temperaturu 10 dərəcəyə qədər aşağı enib. Qubada mənfi 5 dərəcə, Qusarda mənfi 6 dərəcə, dağlıq ərazilərdə isə mənfi 6-11 dərəcə soyuq hava müşahidə olunur. Quba Ərazi Hidrometerelogiya Mərkəzindən bildiriblər ki, gün ərzində qarın yağması davam edəcək. Aprelin 1-nə qədər havanın qeyri-sabit keçəcəyi gözlənilir.

Müəllif | Apa.Tv
Vəli Turan