Azərbyacan-İtaliya 5:0

Quba Olimpiya İdman Kompleksində Dünya Boks Seriyası (WSB) Liqasının dörddəbir final mərhələsinin ilk görüşü keçirilib. Azərbaycanın “Baku Fires” komandası ilə İtaliyanın “Dolce Gabbana İtalia Thunder” kollektivi arasında qarşılaşma 5-0 hesabı ilə komandamızın xeyrinə başa çatıb.  İlk görüşdə 49 kiloqram çəkidə komandamızın üzvü Xamza Nametov Mark Antoni Bariqqaya qalib gəlib. Növbəti döyüşdə 56 kiloqram çəkidə boksçumuz Məhəmməd Qurbanov İtaliya kollektivinin üzvü 2008-ci ilin Pekin Olimpiadasının finalçısı Xedafi Djelkhirlə mübarizədən üstün ayrılıb. 64 kiloqram çəkidə isə “Baku Fires”i Heybətulla Hacəliyev təmsil edib. O, rəqibi Renato de Donatos üzərində inamlı qələbə qazanıb. 75 kiloqramda boksçumuz Xaybulla Musalovla Boqdan Juratoninin döyüşü də maraqlı keçib. Bu döyüşdə də “Baku Fires” təmsilşisi qalib gəlib. 91 kiloqram çəkidə döyüşən təmsilçimiz Abdulqadir Abdullayev son döyüşdə qonaq komandanın heyətində ən tanınmış boksçu olan Klemente Russo ilə üz-üzə gəlib. Abdullayev  italiyalı 2 qat dünya çempionu, 2 dəfə olimpiya oyunlarının gümüş mükafatını qazanan boksçuya nakautla qalib gəlib. “Baku Fires” komandası ilə İtaliyanın “Dolce Gabbana İtalia Thunder” kollektivi arasında cavab görüşü aprelin 5-də İtaliyada keçiriləcək.

 

Müəllif | Apa.Tv
Vəli Turan