Türkiyədə seçkilər - ölkənin dörd bir yanından ölüm xəbərləri gəldi


Türkiyədə keçirilən bələdiyyə seçkiləri zamanı müxtəlif bölgələrdə insidentlər olub. APA-nın məlumatına görə, Türkiyənin Şanlıurfa, Hatay və Qaziantəp rayonlarında bələdiyyə seçkiləri zamanı qan tökülüb, ölən və yaralananlar var.  Hilvanda muxtarlıq seçkiləri zamanı 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Hatayda isə 2 nəfər ölüb, 9 nəfər yaralanıb. Qaziantəpdə isə bir narkotik istifadəçisi 4 nəfəri bıçaqlayıb. Şanlıurfanın Ciftlik kəndində isə muxtar seçkiləri zamanı baş vermiş insidentdə 9 nəfər yaralanıb. Kənddə müxtarlığa iddialı olan Ersöz və Öztürk soyadlı namzidələrin nəsilləri arasındakı mübahisə qanlı davaya çevrilib. Şanlıurfanın digər qəsəbəsində də muxtar seçkiləri zamanı biri polis olmaqla 3 nəfər yaralanıb, 4 nəfər isə saxlanılıb. Balıkəsirdə isə AKP-nin seçki ilə bağlı hazırlanmış avtobusunun qapısından yıxılan 53 yaşlı Emel İnceoğlu dünyasını dəyişib.

 

Müəllif | Apa.Tv