Türkiyədə seçkilərin qalibi hakim AKP oldu

Türkiyədə 30 mart bələdiyyə seçkilərinin qalibi hakim Ədalət və İnkişaf Partiyası (AKP) olub. Səslər hesablandıqdan sonra açıqlanan ilkin məlumatlara görə, hakim partiya səslərin təxminən 45 faizini toplayıb. Seçkinin ikincisi ana müxalifət Cümhuriyyət Xalq Partiyası olub. Sonrakı yerləri Barış və Demokratiya Partiyası ilə Milliyətçi Hərəkat Partiyaları tutur.

 

Cümhuriyyət Xalq Partiyası seçkinin ilkin nəticələri açıqlanmağa başladıqdan sonra bəyan etdi ki, hakimiyyət manipulyasiyalarla məşğuldur. Bura həm seçkinin nəticələri ilə bağlı rəsmi xəbər agentliklərinin açıqladığı rəqəmlər, həm də seçki məntəqələrində baş verən qanunsuzluqlar aiddir. Belə ki, Cümhuriyyət Xalq Partiyası rəsmi "Anadolu" agentliyini seçkinin nəticələri ilə bağlı məlumatları təhrif etməkcə günahdandırıb:

 

Cümhuriyyət Xalq Partiyası bəzi seçki məntəqələrində qutular açılarkən işıqların söndürüldüyünü də bəyan edib. Hakim partiya isə CHP-nin iddialarını məğlubiyyətə don geyindirmək üçün bəhanə adlandırıb.

 

Bələdiyyə seçkiləri başa çatdıqdan sonra Türkiyənin bəzi bölgələrində gərginlik müşahidə olunub. Muş vilayətində keçirilən seçkidə məğlub olan Barış və Demokratiya Partiyasının tərəfdarları iğtişaş törədiblər. Hakim Ədalət və İnkişaf Partiyasının namizədinin seçkidə qalib gəldiyi məlum olduqdan sonra bir qrup şəxs hakim partiyanın seçki bürosuna yürüş edib. Yürüş iştirakçıları yolboyu bankomatlara, mağazalara və ofislərə ziyan vurublar, polis əməkdaşlarına daş və fişəng atıblar.

Müəllif | Apa.Tv
Apa.tv