Arana qar yağdı

Azərbaycanın əksər bölgələri kimi Aran rayonlarına da qar yağıb. APA TV-nin yerli bürosunun məlumatına görə, Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Hacıqabul və Şirvan sakinləri vaxtsız yağan qarın şahidi olublar. Əksəriyyət ilin bu vaxtlarında Arana qar yağacağını gözləmədiyini bildirir.

 

İsti Arana mart ayının sonunda qarın yağmasını anomal hava şəraiti kimi qəbul etmək olar. Ərik, şaftalı, albalı və başqa ağacların çiçəklədiyi bir vaxtda buzun, sonra isə "quşbaşı" qarın yağması təəccüblə qarşılanıb.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov