Misirdə prezident seçkilərinin vaxtı məlum olub

Misirdə prezident seçkilərinin vaxtı məlum olub. APA TV-nin məlumatına görə, ölkənin Ali Seçki Komissiyası seçkinin bu il mayın 26-27-də keçiriləcəyini açıqlayıb.

Seçki nəticəsində qalib müəyyənləşməsə, ikinci tur olacaq.

Misirin müdafiə naziri Əbdül Fəttah əs-Sisi ötən həftə bəyan etmişdi ki, vəzifəsini tərk edir və prezidentliyə namizəd olmaq niyyətindədir. Onun əhali arasında nüfuzu yüksəkdir və prezidentlik yarışının favoriti sayılır.

 

"Müsəlman qardaşları" hərəkatının lideri İbrahim Münir isə bəyan edib ki, Əbdül Fəttah əs-Sisinin hakimiyyəti dövründə Misirdə sabitlik və təhlükəsizlik olmayacaq.

Müəllif | Apa.Tv
Apa.tv