Yüksək sürətlə hərəkət edən "Mercedes" "VAZ-21015"-ə çırpıldı

APA TV xəbər verir ki, ilkin ehtimallara görə, qəzaya "Mercedes"in yüksək sürətlə hərəkət etməsi səbəb olub.

 

 

Göygöl rayonun yol qəzası baş verib. Hadisə Göygöl-Gəncə avtomobil yolunun 4-cü kilometrliyində qeydə alınıb. Daşkəsən rayon sakini Əli Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarətməni itirib Avtomobil Gəncə sakini İlqar Yuksibova məxsus "VAZ-21015" markalı avtomobillə toqquşub. "VAZ-21015"-in sərnişin Sahibə Mehdiyeva ağır bədən xəsarətləri ilə Göygöl rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

 

APA TV xəbər verir ki, ilkin ehtimallara görə, qəzaya "Mercedes"in yüksək sürətlə hərəkət etməsi səbəb olub.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli