Türkiyədə 4 qadın bələdiyyə sədri seçildi

Türkiyədə 30 mart - bələdiyyə seçkilərində 4 vilayətdə qadınlar qalib gəlib. Namizədlərdən 2-si Sülh və Demokratiya Partiyasının (BDP), 1 nəfəri hakim AKP-nin, digəri isə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədidir.

 

BDP-nin həmsədri və bu partiyadan milət vəkili olmuş Gülten Kışanak Diyarbəkirin, həmin partiyanın digər namizədi Dilek Hatipoğlu Hakkarinin bələdiyyə sədri seçilib.

 

Aydın vilayətindən seçilən CHP-nin namizədi Özlem Çerçioğlu artıq bu vəzifəni ikinci dəfə icra edəcək. Çerçioğlu bundan əvvəlki seçkidə də Aydının bələdiyyə sədri seçilmişdi.

 

AKP-nin namizədi olan sabiq ailə və sosial siyasət naziri Fatma Şahin Qaziantep vilayətinin bələdiyyə sədri olub. İstanbul Texnik Üniversitesi Kimya Mühendisliyi fakültəsiniu bitirən və 2002 ildən aktiv syasətə atılan 2 uşaq anası Şahin, Gaziantəp ve Güneydoğu Anadolu Bölgəsinin ilk kadın millətvəkili olmuşdu.

Müəllif | Apa.Tv
Apa.tv