Diaspor rəhbərinin atasının meyiti tapıldı

Krım tatarları məclisinin sədri Refat Çubarovun atası Abdurahman Çubarovun meyiti yaşadığı evdən tapılıb. 84 yaşlı Abdurahman Çubarov ailə üzvləri ilə birlikdə doğulub böyüdüyü Pri-volnaya kəndində yaşayıb. Bu kənd Simferopoldan 130 kilometr məsafədə yerləşir.  

 

APA TV-nin xəbərinə görə, hüquq-mühafizə orqanları A. Çubarovun ölümünün səbəbini araşdırır.

 

Onun dəfninin martın 31-də Kiyev vaxtı ilə saat 14:00-da  Pri-volnaya kəndində keçiriləcəyi, dəfn mərasimində Rusiyadan bəzi rəsmilərin iştirakının da gözlənildiyi bildirilib.

Müəllif | Apa.Tv