Binəqədidə qadın rəfiqəsini qətlə yetirdi

Bakıda dəhşətli qətl törədilib. Bakı şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə martın 29-da qeydə alınıb.  Bakı şəhər sakini Sevinc Hüseynova M. Ə. Rəsulzadə qəsəbəsi Musabəyov küçəsində yaşayan tanışı Yasəmən Salıyevanın mənzilinə gələrək, onu kapron corabla boğub,  öldürüb. S. Hüseynova martın 30-da könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gələrək təslim olub. Qətlin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir. APA-nın əldə etdiyi məlumata görə, qətlə yetirilən Yasəmən Süleymanova  3 -cü qrup əlildir. O, Qarabağ müharibəsində iştirak edib və bir neçə dəfə ağır yaralanıb. Qətlə iki qadın arasında şəxsi münasibətlər zəminində düşən mübahisənin səbəb olduğu bildirilir. Faktı Binəqədi rayon prokurorluğu araşdırır.  

 

Müəllif | Apa.Tv