Türkiyədə müxalifət seçkinin nəticələrinə etiraz edir

Türkiyədə 30 mart - bələdiyyə seçkilərinin qalibi 45 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası olub. "CNN Turk"ün məlumatına görə, 28 faizi qazan Cümhuriyyət Xalq Partiyası seçkinin ikincisi olub. Milliyyətçi Hərəkat Partiyası 15 faiz səslə üçüncü olub.

 

Türkiyədə gərgin mübarizə gedən üç önəmli şəhərdə - İstanbul və Ankarada AKP, İzmirdə isə CHP öndədir. Ümumilikdə, səslərin 90 faizindən çoxu hesablanıb. Səslərin elan olunmasından sonra müxalifət partiyalarından etirazlar gəlib. İstanbul, İzmir, Qars, Bartın, Bitlis, Osmaniye, Kastamonu, Balıkesir ve Afyonkarahisar'ın bəzi rayonlarında səslər yenidən sayılacaq.

 

APA TV-nin xəbərinə görə, Ankaradan CHP-nin namizədi Mansur Yavaş "Ankara'da her şey bitməyib. Qutuda qazandığımızı masada itirməyəcəyik" - deyə, bildirib. Onun sözlərinə görə, 27 min 500 səslə öndədir və  Gökçək dövrü bitib. Eyni vaxtda digər namizəd AKP-li Melik Gökçək qələbə qazandığını elan edib. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı