Parisdə qadın mer

Fransanın paytaxtı Paris şəhərinin meri ilk dəfə qadın olub. Bu ada Sosialist Partiyasının nümayəndəsi An İdalqo layiq görülüb. Qadın siyasətçi keçirilən seçkilər zamnı 53,8 faiz səs toplamağı bacarıb.

 

Fransanın Daxili İşlər Nazirliyi də seçkilərin yekunlaşdığını və An İdalqonun qalib gəldiyini təsdiqləyib.

 

Səsvermənin nəticələrinə əsasən, sosialistlər və onların tərəfdarları şəhər şurasında 91 yer qazana biliblər. Sağ şuranın tərəfdarları isə 71 səs qazana biliblər. Bu cinahdan əsas sima Nikolya Sarkozinin keçmiş həyat yoldaşı Natali Kostyuşko Mirize idi.

 

Mer seçkilərinin yekun nəticələri aprelin 5-i keçiriləcək şəhər şurasının iclasında açıqlanacaq.

 

Qeyd edək ki, Ann İdalqo 2001-ci ildən Paris merinin vəzifəsini icra edən Bertran Delanoenin müavini işləyib. 

Müəllif | Apa.Tv
Apa.tv