Ukraynada təbii qazın qiyməti qalxacaq

Aprelin 1-dən Ukraynada qazın qiyməti qalxacaq. Energetika üzrə Dövlət Tənzimlənməsi Komissiyası Rusiyadan alınan qazın qiymətinin 3 dəfə qalxacağı fonunda bu qərara gəlib. Qərarda qiymətin sənaye istehlakçıları üçün 29 faiz, dövlət idarələri üçün isə 64 faiz artacağı gözlənilir.

 

APA TV-nin xəbərinə görə, ötən ilin sonunda komissiya Ukrayna ilə Rusiya arasında qazın qiymətinin 3 dəfə azaldılaraq, kubmetrinin 268,5 dollara çatdırılması barədə əldə olunan razılaşmadan sonra yanvarın 1-dən qazın qiymətinin sənaye istehlakçıları üçün 10, dövlət idarələri üçün isə 29 faiz azaldılacağı qərarını vermişdi.

 

Rusiya baş naziri Dmitri Medvedyev isə Krıma gedib. Onun burada regionun sosial-iqtisadi inkişafı ilə bağlı iclas keçirəcəyi planlaşdırılır.

 

Krım əhalisi 2014-cü ildə hərbi xidmətə çağırılmayacaq. Bu barədə məlumat verən Rusiya müdafiə naziri Serqey Şoyqu bu prosesin yalnız 2015-ci ildən sonra başlayacağını bəyan edib. Onun söözlərinə görə, bu əhali 2016-cı ilin sonuna kimi yarımadada, daha sonra isə bütün Rusiya ərazisində hərbi xidmət keçə biləcəklər.

 

Krım parlamenti də yarımadanın yeni konstitusiyasını qəbul etməyə hazırlaşır. Bu barədə Rusiyanın "Kommersant" qəzetinə müsahibə verən Krım Konstitusiya Komissiyasının rəhbəri Qriqori İoffe konstitusiyanın aprelin 10-a kimi qəbul edilə biləcəyini bildirib. O, bunun üçün referendumun keçirilməsinə ehtiyac olmadığını əlavə edib. 

Müəllif | Apa.Tv