Quba Məzarlığını minlərlə insan ziyarət edib

31 Mart - Azərbaycanlılarının Soyqırımı Günü ilə bağlı Qubadakı kütləvi məzarlığı minlərlə insan ziyarət edib. APA TV-nin bölgə müxbirinin verdiyi məlumata görə, məzarlığı ziyarət edənlər arasında cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri var.

Qeyd edək ki, məzarlıqda 1918-ci ildə ermənilər və bolşeviklərin vəhşicəsinə qətlə yetirdiyi azərbaycanlilar basdırılıb. İndiyədək məzarlıqda 400 insan qalığı tapılıb. Məzarlıq 2007-ci ildə Qubada stadionun tikintisi zamanı aşkarlanıb. Ərazidə aşkar edilən iki kanal skeletlərlə doludur. Bu, ermənilərin 96 il əvvəl Qubada soyqırımı həyata keçirdiyini sübut edir. Quba hadisələri zamanı 17 minədək insan qətlə yetirilib, 22 kənd tamamən yandırılıb.

Müəllif | Apa.Tv
Vəli Turan