Bakı Humanitar Kollecinin ərazisi zəbt olunub

Bu il martın 26-da Bakı Humanitar Kollecinə məxsus torpaq sahəsinin qanunsuz zəbt olunması barədə Təhsil Nazirliyinə məlumat daxil olub. Həmin ərazinin 150 kvadrat metr sahəsində naməlum şəxslərin tikinti işləri apardığı müəyyənləşib. Nazirliyin yaydığı xəbəbrə görə, Kollecin əməkdaşları qanunsuz tikinti işləri aparan şəxslərə etiraz etsə də, onların qanunazidd əməllərinin qarşısını almaq mümkün olmayıb. Məsələyə müvafiq icra hakimiyyəti orqanlarının müdaxiləsindən sonra özbaşına tikili sökülərək ərazi kollecin ixtiyarına qaytarılıb.

APA TV-nin xıəbərinə görə, nazirlik bildirir ki, istənilən belə halın qarşısı alınacaq.

Müəllif | Apa.Tv
Almaz Qasımova