Zaqatalada əvvəllər dəfələrlə məhkum olunmuş şəxs narkotiklə yaxalandı

Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs edilib. APA TV-nin xəbərinə görə, Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində keçirilmiş tədbir nəticəsində 1976-cı il təvəllüdlü, Zaqatala şəhərində yaşayan Lebeyev Oqtay Xəlil oğlu Zaqatala şəhər ərazisində şübhəli şəxs qismində saxlanılıb.

 

Zaqatala RPŞ-nin əməkdaşı Daşqın Quliyev deyib ki, saxlanılarkən onun üzərinə baxış keçirilib. Baxış zamanı onun üzərindən 0,9 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.  

 

Zaqatala RPŞ-dən  bildirilib ki, Oqtay Lebeyev əvvəllərdə CM-nin müxtəlif məddələri ilə iki dəfə məhkumluq həyatı yaşayıb. Fakla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov