"VAZ-21015"yə çırpılan "BMW" yoldan çıxdı

Ötən gecə Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Azadlıq prospektində "VAZ-21015" və "BMW" markalı minik maşınları toqquşb. Zərbənin gücündən "BMW" markalı avtomobil səkiyə çıxıb.

Qəza zamanı "BMW"-də üç nəfər olub. Onlardan biri xəsarət alıb və hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadası cəlb olunub. Həkimlər xəsarət alan şəxsi xəstəxanaya aparıblar.

İlkin ehtimallara görə qəzaya "VAZ-21015" markalı avtomobilin sürücüsünün "Yol ver" nişanına əməl etməməsi səbəb olub. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv