Baharda dəri xəstəliklərindən necə qorunmalı?

Dəri xəstəlikləri bahar mövsümündə ciddi problemə çevrilir. Həkim-dermotoloq Fuad Kazımov APA TV-yə deyib ki, yaz-yay fəsli dəri xəstəliklərinin həssas dönəmidir. Çünki dəri mövsüm dəyişikliklərdən ən çox təsirlənən orqandır: "Allergik xəstəliklər yaz dövründən başlayır. Bu mövsümi dəyişiliklər və ağaclardakı tozlanma ilə əlaqəlidir. Yay mövsümündə isə dəniz mövsümü başladığından göbələk xəstəlikləri üstünlük təşkil edir". 

 

Fuad Kazımov göbələk xəstəliklərindən qorunmanın yollarını da deyib: "Göbələk xəstəliklərindən qorunmaq üçün şəxsi gigiyenaya fikir vermek lazımdır. Çimərliklərdən və hovuzdan sonra profilaktik təmizlik mütləq önəmlidir".

 

Dermatoloqun sözlərinə görə, insan uzun müddət çimmirsə, ayağı tərləyirsə, geyindiyi ayaqqabı keyfiyyətsizdirsə, , yaxud köhnə ayaqqabını üç-dörd il geyinirsə, həmin adamlarda pəncə mikozu yaranma riski olur. İctimai yerlərdə, ümumi hamamlarda, saunalarda, idman zallarında, SPA mərkəzlərinə tez-tez gedənlər daha çox diqqətli olmalıdırlar.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı