Xırdalanda gənclərdən ibarət dəstə yaxalandı

Abşeron rayon Polis İdarəsinin əməkdaşları Xırdalan şəhərində bir neçə  dükanı qarət edən şəxsləri yaxalayıblar. APA TV-nin xəbərinə görə, dəstəyə 19 yaşlı Ramiz Əiyevin rəhbərlik etdiyi bildirilir. 4 nəfərdən ibarət dəstənin üzvləri mağazaları əsasən, gecə saatlarında qarət ediblər.

 

Sonuncu oğurluq zamanı polis onları yaxalayıb.  

 

Müstəntiq Nəriman Atakişiyevin sözlərinə görə, dəstə üzvləri ümumilikdə  4 maqaza, 1 aptek qarət ediblər. Bu şəxslərin digər cinayətlərdə də  iştrakı istisna olunmur.

 

Müəllif | Apa.Tv