Suriyada daha iki azərbaycanlı öldürülüb

Suriyada Bakı və Sumqayıtdan olan Azərbaycan vətəndaşlarının öldürüldüyü barədə xəbər və fotolar yayılıb. APA-nın xəbərinə görə, ölənlər “İraq Şam İslam Dövləti” silahlı qruplaşmasının tərkibində vuruşan “Həsən Azəri” və “Abdul Mətin” ləqəbli Azərbaycan vətəndaşlarıdır. Məlumatda “Abdul Mətin” ləqəbli döyüşçünün Elşad adlı Sumqayıt şəhər sakini olduğu qeyd olunub.

 

“Həsən Azəri”nin isə kimliyi açıqlanmasa da, onun Bakı şəhər sakini olduğu bildirilir.

 

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosunu silahlılar sosial şəbəkələrdə yayıblar.

 

P.S. Suriyada azərbaycanlıların öldürülməsi ilə bağlı yayılan məlumatlar:

Suriyada ölən azərbaycanlılarla bağlı inanılmaz faktlar: onların çoxu qohumdur  http://apa.tv/video/8228

Suriyadan daha 2 ölüm xəbəri gəldi http://apa.tv/video/8214

Suriyada öldürülən azərbaycanlı komandir də sumqayıtlı imiş http://apa.tv/video/8108

Azərbaycan yığmasının üzvü Suriyada öldürülüb http://apa.tv/video/8073

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı