İsa Hüseynov: "Öldürmək niyyətindəyəm"

"Deyirlər güzəştə getmək müdriklik əlamətidir. O baxır nəyi, necə adamları, səhvləri, cinayətləri, güzəştə gedirsən bağışlayırsan. Məsələn, bir hiylə ilə zorla sevgini əldə edənləri necə bağışlayasan? Heç cür bağışlaya bilmərəm, hətta nəyin bahasına olursa, olsun, bəlkə lap həbsxanaya düşmək hesabına olsa belə, öldürmək niyyətindəyəm".

Bu, görkəmli yazarımız İsa Hüseynovun sonuncu əsəridir. Elə bu stolda yazmağa başladığı hekayəsini çox təəssüf ki, tamamlaya bilməyib.

Cəmi 10 cümləsini yazdığı yeni hekayəsi sevgi, məhəbbətdən bəhs edəcəkdi. Yazıçının qızı Sevinc Hüseynli APA TV-yə deyib ki, əsərinə yeni başlamışdı: "Cəm bir bir vərəq yazdı. Nəsə məhəbbət hekayəsi idi. Hətta zarafat etdim ki, deyəsən, sevgi-məhəbbətdən yazırsan, daha mövzunu dəyişmisən".

Uzun müddətdir, xroniki ürək çatışmazlığından əziyyət çəkən 86 yaşlı İsa Hüseynov gecə saatlarında dünyasını dəyişib. Yazarın ailəsinə başsağlığı vermək üçün yaxınları onun yaşadığı evinə toplaşıb. Yazıçı ilə vida mərasimi aprelin 2-də Azərbaycan Dövlət Dram Teatrında keçiriləcək. İsa Hüseynov I Fəxri Xiyabanda dəfn olunacaq.

İsa Hüseynov ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Ana dil oxuyan yerdə" yazısı ilə başlayıb. Onlarla mükafata layiq görülən yazarın əsərlərinə filmlər çəkilib.

Allah rəhmət eləsin.

Müəllif | Apa.Tv