Yumorist Müşfiq: "3 minə görə yağışın altında yarım saat gözlədim"

Aprelin 1-i beynəlxalq gülüş günüdür. Bu günlə bağlı yəqin ki, xatirəsi olmayan insan tapılmaz. Tanınmış aktyor Müşfiq Şahverdiyev də 1 aprel günündə həm aldanıb, həm aldadıb. O, bu günlə bağlı xatirələrini APA TV-yə danışıb: "Tərəf müqabilim Fərda mənə zəng vurdu. Həmin gün güclü yağış yağırdı. Fərda dedi ki, Moskvaya uçuruq, düş aşağı tədbirn qonararı 3 min manat pulu gətirib sənə verəcəklər. Məndə yağışın alıtnda 3 minə görə nə az, nə çox 30 dəqiqə gözlədim. Sonra Ferda yenidən zəg edib, məni aldatdığını dedi. Mən isə gülüş günü müğənni Əlikram Hümmətova zəng edib onu aldatdım. Dedim, toy danışmışam, dur gedək. O da hazırlaşdı, sonrdan onu aldatdığımı söylədim".

 

1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Bunun kökünün  qədim Romaya gedib çıxdığı da deyilir.

Azərbaycanda isə  bu ənənə SSRİ dövründə yaranıb.

 

Üzünüzdən gülüş əksik olmasın...

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı