Erməni zabit minaya düşərək ölüb

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində minanın partlaması nəticəsində erməni zabiti ölüb. APA TV-nin xəbərinə əsasən, hadisə qoşunların təmas xəttinin cənub istiqamətində baş verib. Məlumata görə, 1987-ci il təvəllüdlü baş leytenant Arutyun Safaryan minaya düşüb.

Yeri gəlmişkən, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 2-də Azərbaycanın Füzuli rayonu ərazisində, Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeni Şarov, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və Piter Svedberq keçirəcəklər.

Müəllif | Apa.Tv