Afrikada yayılan virus 137 nəfəri öldürüb

Ebola virusu Qərbi Afrikada 137 nəfərin ölümünə səbəb olub. Qvineyada virusun yayılma ehtimalı getdikcə artır. BBC-nin məlumatına görə, Qvineya Səhiyyə Nazirliyi faktı təsdiqləyib.

 

Ebola virusuna yoluxan şəxslərdə xəstəlik güclü hərarət, öyümə, zəiflik və bəzən də qanaxma ilə müşahidə olunur.

 

Dəhşətli virusun ocağı ölkənin cənubunda aşkarlanıb. Virusa yolaxan 122 nəfərdən 78 nəfəri ölüb.

 

Masent əyalətində isə virusa yoluxan 80 xəstədən 59-u artıq dünyasını dəyişib.

 

Səhiyyə Nazirliyi getdikcə geniş miqyas alan bu xəstəliyin mənbəyini tapmaqda aciz olduğunu bildirib.

 

Dünya Səhiyyə Təşkilatı epidemiya ilə mübarizə aparmaq üçün Qvineyaya 100-dən artıq həkim və bir neçə ton tibbi avadanlıq göndərib.

 

APA TV-nin xəbərinə görə, Qvineya ilə qonşu olan Liviyadakı Fransa səfirliyi həmvətənlərinə yoluxucu epidemiyaya tutulmamaq üçün bu ölkəyə getməməyi və ehtiyatlı olmağı tövsiyə edib.Digər qonşu dövlətlər artıq sərhədlərini bağlamaq qərarına gəlib. Seneqal isə artıq sərhədi bağlayıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı