36 yaşlı kişini maşın vurdu

 

Xaçmaz rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayon sakini 1978-ci il təvəllüdlü Elçin Həbibovu maşın vurub. O, ətrafdakı insanların köməkliyi ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan