Kürdəmirdə faciə: 2 yaşlı oğlan yanaraq öldü

Kürdəmir rayonunda dəhşətli yanğın hadisəsi bir ailənin faciəsinə səbəb olub. APA TV-nin məlumatına görə, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Quliyev İslam Füzuli oğluna məxsus ümumi sahəsi 408 kvadratmetr olan ikimərtəbəli evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Kürdəmir və Hacıqabul Dövlət Yanğın Mühafizə Hissələrindən 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı evin 180 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Hadisə zamanı ev sahibi İslam Quliyev yanıq xəsarətləri alıb, onun iki yaşlı övladı Kənan Quliyev isə yanaraq, ölüb.

 

Evin qalan hissəsi və ona birləşik çardaq alovdan mühafizə edilib. İlkin məlumata görə, hadisəyə evin mətbəxindəki maye qaz balonunun partlaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov