Şirvan kanalına düşən tibb bacısının meyiti tapılıb

Göyçay rayonunda Yuxarı Şirvan kanalına düşən qadının meyiti tapılıb. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir şəhərindəki Aran Dalğıc-Axtarış Qrupundan APA TV-yə verilən məlumata görə, hadisə martın 30-da rayonunun Bığır kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü İbrahimova Zemfira İbrahimxəlil qızı Yuxarı Şirvan kanalının üstündəki piyada körpüsündən keçərkən ayağı sürüşərək suya düşüb.

 

Suda boğularaq ölən Zemfira İbrahimova Bığır kənd xəstəxanasında tibb bacısı işləyirmiş. Dörd uşaq anası olan Zemfira İbrahimovanın meyitinin tapılması üçün 3 gün ərzində kanalda axtarış işləri həyata keçirilib. Aran Dalğıc-Axtarış Qrupunun 5 nəfərdən ibarət dəstəsi gecə və gündüz saatlarında motorlu qayıq və xüsusi alətlər vasitəsilə suda axtarış aparıb. Aprelin 1-i axşam saatlarında qadının meyiti kanala düşdüyü yerdən 2 kilometr aralıdan tapılaraq ailəsinə təhvil verilib.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov